İraqda Türkiyənin dörd hərbçisi həlak olub

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin (TSK) dörd əsgəri şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçularla çıxan qarşıdurmada Türkiyə ordusunun iki hərbiçisi şəhid olub, daha dörd əsgər yaralanıb. Dərhal xəstəxanaya çatdırılan əsgərlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik şəhidlərlə bağlı türk xalqına başsağlığı verib.

Cavab əməliyyatları davam edir.

Əvvəlki məqalə

Ukryananın əks-hücum hazırlığına ABŞ kömək edib –

Sonrakı məqalə

Ərəb qadınları nə üçün kütləvi boşanır? –