Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İş üçün müraciət edən namizədlər ən çox bu səhvlərə yol verir

User 14 Mart 2026 - 11:00 (Last updated: 14 Mart 2026 - 10:19)
Bələdiyyələr

Bələdiyyələr

İş üçün müraciət edən namizədlərin – daha çox da gənclərin etdikləri səhvlərdən biri tələbəlik illəri ərzində heç bir təcrübə proqramlarında iştirak eməməsi, korporativ mühitə uyğunlaşmamasıdır.

Bu barədə Bakıda keçirilən “Banklar forumu və sərgisi” adlı tədbirdə “Bank of Baku”nun insan resursları departamentinin direktoru Gülarə Novruzova Gözəlova tələbələrin suallarını cavablandıran zaman məlumat verib.

Onun sözlərinə görə, tələbəlik illərindən etibarən gənclər müxtəif təcrübə proqramlarında iştirak etməlidir:

“Ona görə yox ki, həmin gənclər bilik və bacarıqlara yiyələnsinlər. Sadəcə olaraq korporativ mühiti və korporativ davranış qaydalarını öyrədək. Bu baxımdan mən də tövsiyyə edərdim ki, tələbəlik illərindən etibarən iş həyatına adaptasiya üçün və ümumiyyətlə əmək bazarında karyera tələbələrinin nədən ibarət olduğunu bilmək üçün könüllülük və təcrübə proqramına cəlb olunsunlar”.

Direktor bilirib ki, ən çox rastlaşılan xətalardan biri də CV-lərin hazırlanması zamanı baş verir:

“Bildiyimiz kimi, insan resursları mütəxəssisləri işə qəbul etməyə “CV Screening” prosesindən başlayırlar. Demək olar ki, həftəlik ortalama 900 – 1 300 CV yoxlanılır. Bu CV-lərin içərisində çox sayda ümumi hallar ilə rastlaşırıq. Məsələn CV-də çox ümumi – “komandada işləmək bacarığı”, “Microsoft Office bilikləri” kimi elementar məlumatları qeyd edirlər. Yaxşı olar ki, CV-lərdə daha spesfik məsələlər qeyd olunsun ki, bu sizi digərlərindən fərqləndirən cəhətlərdən biridir.

Dil bilikləri ilə bağlı məlumatları da düzgün qeyd etmək lazımdır. Məsələn CV-də qeyd olunur ki, “rus dili orta” biz bu kimi ümumi anlayışlar olan zaman əlavə bir telefon danışığı da həyata keçirməli oluruq ki, həqiqətən də namizəd CV-də qeyd etdiyi xüsusiyyətlərə malikdir, yoxsa yox. Tövisyyə edərdim ki, CV tərtib edən zaman vakansiyanın tələbinə uyğun və müəssisəyə xas bir CV tərtib etmək lazımdır”.

“Digər bir xəta da namizədlərin müsahibəyə gələn zaman araşdırma etməməsidir. Yaxşı olar ki, namizədlər müsahibəyə gedən zaman bir araşdırma etsinlər. Həmin şirkətin veb-saytna daxil olub, müəssisənin dəyərləri, viziyonu, korporativ dəyərləri haqqında məlumat əldə edə bilərsiz. Hazırda ölkəmizdə bir çox müəssisələrin veb-saytları mövcuddur”, – deyə o, əlavə edib.

AzPost.az

Post navigation

Previous: Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
Next: Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16

xƏBƏR

dollar qizil
  • İqtisadiyyat

Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb

User 01 Noyabr 2026 - 16:15
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 313,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. Bu göstərici 2025-ci ilin...
Read more about Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb
Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00
Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39
Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur” beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.