İsfəndiyar Vahabzadəyə görə cavabdeh deyilik –

Azərbaycan XİN-dən açıqlama
11 Avqust 2021 - 17:48

“İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib”. 

Bu barədə avqustun 11-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İ.Vahabzadənin Rusiya ilə bağlı çıxışı haqda suala aydınlıq gətirərkən bildirib.

“Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”, – deyə açıqlamada qeyd olunub.

Azərbaycanın Belarusdakı keçmiş səfiri İ.Vahabzadə “Yutub” sosial mediasında yayılan çıxışında Rusiyanın ünvanına sərt fikirlər səsləndirib.

İsfəndiyar Vahabzadə şair Bəxtiyar Vahabzadənin oğludur.