İsfəndiyar Vahabzadəyə Rusiya ərazisinə giriş 50 il qadağan edildi –

QƏRAR
12 Avqust 2021 - 23:55

Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq diplomat İsfəndiyar Vahabzadəyə 50 il müddətində Rusiya ərazisinə daxil olmaq qadağan edilib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi qərar qəbul edib. Məlumatı Rusiya DİN mətbuat xidməti yayıb.

Xatırladaq ki, İ.Vahabzadə LDPR-in sədri V.Jirinovskinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediyi təhdidlərə sərt cavab verib və onu “donuz” adlandırıb.