“Bu “seçki şousu”nu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına hörmətsizlikdir”- Tural Gəncəliyev

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Kanada Parlamentinin üzvünün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə göndərdiyi “təbrik məktubu”na münasibət bildirib.

T.GəncəliyevAPA-ya açıqlamasında Dağlıq   Qarabağ   bölgəsinin   azərbaycanlı   icmasının   və Milli Məclisdə Azərbaycan-Kanada dostluq qrupunun rəhbəri kimi Kanada Parlamentinin Nümayəndələr palatasının erməni   lobbisinə yaxın olan üzvü Reyçl Harderin“təbrik məktubu”nu qınadığını və kəskin etiraz etdiyini bildirib: “Xanım  Harderə   xatırladıram ki, Ermənistan beynəlxalq hüququn   əsas prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərin qanunsuz işğalına davam edərkən, azərbaycanlı əhali 28 ildən çoxdur ki etnik təmizləmə yolu ilə zorla evlərindən qovulub və təməl insan haqlarından məhrum edilib. Bu müstəvidə, 31 mart və 14 aprel 2020-ci il tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərindəki “seçki şousu”nu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına və qanunun aliliyi prinsipinə hörmətsizlikdir. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanada, yekdilliklə qanun və ədalətin tərəfini tutaraq “seçki şousu”nu qəti şəkildə rədd edərək Azərbaycanla həmrəy olduğunu ifadə edib.

Çox təəssüf ki, Kanada kimi insan hüquq və azadlıqlarına yüksək hörmət nümayiş etdirən bir ölkənin parlamentarisi   Ermənistan tərəfindən   azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinə dəstəyini ifadə edib, bununla da Kanadanın xarici siyasət maraqlarına və əsaslandığı dəyərlərə kölgə salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lisenziyası ləğv edilən bankların qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılır

Sonrakı məqalə

Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək