“İşğal illərində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik” –İLHAM ƏLİYEV

Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında söyləyib.

Biz həmin müddətdə İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin də dəstəyini gördük”, – deyə dövlətimizin başçısı qeyd edib.

Ölkəmizin də bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəmədiyini bildirən Azərbaycan Prezidenti deyib ki, biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik: “2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmişdi. Azərbaycanda İslam Həmrəyliyi oyunları keçirilmişdi. Bu oyunlar idman tədbirinə, həmrəylik festivalına və dostluq nümunəsinə çevrilmişdir”.

Əvvəlki məqalə

Prezident Ərəb Dövlətləri Liqasının Zirvə görüşündə iştirak edir

Sonrakı məqalə

Prezident İlham Əliyevin Əlcəzairə səfəri başa çatıb