“İşğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsait artırılmalıdır” –Deputat

“Ermənistanda da artıq büdcə qəbul edilib. Bu layihədən onların artıq revanş xarakterli hisslərlə, “bəlkə də qaytardılar” düşüncəsi ilə yaşadığı görünür. Artıq onlar hərbi büdcələrini artırıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, Ermənistan sosial xərcləri artırmağı da hədəf seçib: “Ermənilərin büdcəsi öz xalqı arasında da gülüşə səbəb olub. Ordusunun 80%-i məhv olmuş, iqtisadiyyatı çökmüş ölkənin proqnozları buna əsas verib. Bizim büdcəmizin onların büdcəsi ilə müqayisədə üstün olduğumuz bir daha ortaya çıxır. Azərbaycana olan beynəlxalq təzyiqlər, Qarabağda olan təxribatlar fonunda iki istiqamətdə büdcə xərclərinin artırılmasına ehtiyac var. Hərbi sahəyə ayrılan pulu 3 milyarda qaldırmağı təklif edirəm. Müqayisə üçün Ermənistanın 2021-ci ildə ümumi büdcə gəliri 3 milyard manatdır. İşğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan pul da artırılmalıdır. Bunu 2 milyard dollara çatdırmağa ehtiyac var. Bu vəsaiti böyük mədəni və idman tədbirləri hesabına edə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gələn il IX siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında keçiriləcək

Sonrakı məqalə

“Biz sülhməramlılara arxayın olmamalıyıq” –