“İşğalın yeganə həll yolu sülhdür”

- Gürcüstanın baş naziri
26 İyun 2020 - 13:20

“İşğal problemlərinin yeganə həll yolu sülhdür”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentində illik hesabat təqdim edən ölkənin baş naziri Giorgi Qaxaria deyib.

Onun sözlərinə görə, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi ölkənin xarici siyasətinin əsas prioriteti olaraq qalır: “Hamımız anlamalıyıq ki, işğal probleminin aradan qaldırılması üçün yeganə vasitə sülh yoludur. Bu proses strateji tərəfdaşlarımızın fəal iştirakı ilə həyata keçirilir”.