Koronavirusun yeni simptomları açıqlandı

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yeni növ koronavirusun təsviri üçün simptomların siyahısını genişləndirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, koronavirus infeksiyası simptomlarının yenilənmiş siyahısına burun tıxanması, burun axması, ürək bulanması və ishal da daxil edilib.

Xatırladaq ki, daha əvvəl sanitar tənzimləyici koronavirusun yalnız üç ümumi simptomunu – yüksək hərarət, öskürək və nəfəs darlığını göstərib. Ardından boğaz ağrısı, titrəmə, əzələ ağrısı, dad və ya qoxu hissinin itirilməsi də simptomları siyahısına əlavə edilib.

Mərkəz eyni zamanda qeyd edib ki, siyahıya bütün mümkün simptomlar daxil edilməyib. Məlumatlar koronavirus haqqında yeni bilgilər əldə edildikcə yenilənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bakı Metropoliteni”nin zərəri 500 milyon manata çatır

Sonrakı məqalə

“İşğalın yeganə həll yolu sülhdür”