İŞİD Bağdadinin ölümünü təsdiqlədi –

Yeni rəhbərinin adını açıqladı
31 Oktyabr 2019 - 20:41

İŞİD terror təşkilatı öz lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü təsdiqləyib.

Bu barədə “Reuters” agentliyi terror təşkilatı ilə əlaqəli olan “Amaq” saytına istinadən məlumat yayıb.

Agentlik bildirir ki, təşkilat əl-Bağdadinin davamçısı kimi Abu İbrahim əl-Haşimi əl-Qureyşini təyin edib. (APA)