Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən İbadov Samir Telman oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.
Qeyd edək ki, S. İbadov Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə günahlandırılır. Ona Cinayət Məcəlləsinin 218.2-ci ( Cinayətkar birlikdə iştirak etmə) maddəsi ilə ittiham verilib. (APA)