Məşhur müğənninin yaxtası yandı

Mayamidə məşhur amerikalı müğənni Mark Entoninin yaxtası yanğında məhv olub.

40 metr uzunundə olan yaxta dekabrın 18-də yanıb. Yanğından əmələ gələn tüstü hətta şəhərin mərkəzindən görünüb. Müğənninin nümayəndəsi M. Entoninin xaricdə olmasını deyib. Yanğın zamanı göyərtədə olan iki nəfər yaxtanı tərk edib və xəsarət alan olmayıb.

Yanğının səbəbləri açıqlanmayıb.

Məlumata görə, yaxtanın qiymətinin 7 milyon dollar olduğu, göyərtəsində 12 nəfərlik çarpayı yerləri və 5 kayut olduğu bildirilir. (Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

İŞİD-in dəstəsində döyüşmüş azərbaycanlının məhkəməsi başlanır