İŞİD Moskvada terror aktını törətmiş 4 terrorçunun fotosunu yayıb-FOTO

İŞİD terror təşkilatı Moskvada terror aktı törətmiş 4 terrorçunun fotolarını dərc edib.

Azpost.info bildirir ki, foto İŞİD-in rəsmi kanalı sayılan “Amaq” saytında yayımlanıb.

Qeyd edək ki, “Krokus” konsert kompleksində baş vermiş terror aktına görə, məsuliyyəti İŞİD boynuna götürüb.

Terror aktında 145 nəfər həlak olub, yüzlərlə yaralı var.

Əvvəlki məqalə

Putin martın 24-nü milli matəm günü elan edib

Sonrakı məqalə

Filipp Kirkorov Bakıya gəlib