İŞİD və PKK Suriyadan Türkiyəyə raket zərbələri endirdi –

6 nəfər ölüb, 70 yaralı var
10 Oktyabr 2019 - 20:23

Türkiyənin Suriyanın şimalında apardığı “Barış bulağı” hərbi əməliyyatlarından sonra bu gün PKK/PYD-YPG və İŞID terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket zərbələrindən atəş açılıb.

APA-nın Türkiyənin “Hurriyət” qəzetinə istinadla verdiyi xəbərə görə, top və raket zərbələrinin endirilməsi nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı Mardinin Nusaybin rayonunda 6 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

Ölən və xəsarət alanlar arasında uşaqlar da var.