“Təhsil Nazirliyi İslam Universiteti məzunlarının diplom ala bilməməsindən məlumatlıdır”.
Bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə canlı efir zamanı deyib.
Nazirin sözlərinə görə, hazırda məsələ araşdırılır: “Novruz bayramından sonra ictimaiyyətə geniş məlumat veriləcək. 4 000-dən artıq insan diplom istəyir. Bu, 2000-ci ilin əvvəlindən yaranan problemdir və uzun vaxt tələb edir. Məsələyə laqeyd yanaşmırıq. Sadəcə müəyyən qədər vaxt lazımdır. Dövlət İmtahan Mərkəzi və aidiyyəti qurumlarla araşdırma aparılır”.