İslandiya avqustun 1-dən Rusiyadakı səfirliyini bağlayır.
Azpost.info xəbər verir ki, bu barədə İslandiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Rusiya səfiri qərarla bağlı məlumatlandırılmaq üçün XİN-ə çağırılıb.
Xarici İşlər Nazirliyi bunun diplomatik münasibətlərdə fasilə olmadığını və İslandiyanın səfirliyin yenidən açılması üçün çalışacağını deyib: “Mövcud vəziyyət İslandiyanın Rusiyada səfirliyinin olmasına imkan vermir. Ümid edirəm ki, şərtlər nə vaxtsa bizə Rusiya ilə normal və məhsuldar münasibətlər qurmağa imkan verəcək. Lakin bu, Kremlin verdiyi qərarlardan asılıdır”.
İslandiya XİN onu da qeyd edib ki, hazırda Rusiya ilə ticarət, mədəni və ya siyasi əlaqələr ən aşağı səviyyədədir, ona görə də Moskvadakı səfirliyin işi artıq özünü doğrultmur.
Azpost.info
