İsmayıllıya təbii qazın verilişi müvəqqəti dayandırılacaq

22 Noyabr 2021 - 20:21

İsmayıllı rayonunda təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 23 noyabr tarixində saat 09:00-dan etibarən işlər başa çatanadək İsmayıllı rayonunun tam olaraq (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun 5 kəndi, Göyçay rayonunun isə 7 kəndinin qaz təchizatında fasilə yaranacaq.