Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İspaniyada açıq havada toyuq yetişdirilməsinə qadağa qoyulub

User 17 Noyabr 2025 - 19:27 (Last updated: 17 Noyabr 2025 - 19:27)
toyuq

Noyabrın 13-dən etibarən İspaniyada açıq havada toyuq yetişdirilməsinə qadağa qüvvədədir. Bu, Avropada quş qripi hallarının artmasına cavab olaraq Krallığın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən onunla mübarizə aparmaq üçün təsdiq edilmiş tədbirlərdən biridir.

AZƏRTAC xəbər verir ki, məhdudiyyət üzvi fermalar və şəxsi istehlak üçün fermalar da daxil olmaqla, ölkə daxilində tətbiq olunur.

“20minutos” yazır ki, İspaniya qışlamaq üçün Şimali Avropadan Afrikaya uçan quşların əsas miqrasiya yolunda yerləşir. Bu növlər virusu daşıya və digər quşlarla təmas yolu ilə ötürə bilər. Virus quşçuluq fermasına düşdükdən sonra heyvanların yaxınlığı və yoluxmuş nəcislə təmas səbəbindən ötürülmə sürəti artır. Sərbəst yaşayan quşlar vəhşi quşlarla bu birbaşa təmasa xüsusilə həssasdır.

Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ildən 2025-ci ilin yanvar ayına qədər insanın bu xəstəliyə yoluxması ilə bağlı 103 hadisə qeydə alıb, eyni zamanda, insandan insana yoluxma halı qeydə alınmayıb. 2020-2024-cü illərdə İspaniyada iki yoluxma halı aşkar edilib.

Sağlamlıq riskləri ilə yanaşı, xəstəliyin yayılması iqtisadiyyata və heyvanların rifahına mənfi təsir göstərir. 2025-ci il iyulun 18-dən etibarən İspaniya quş qripindən azad olan ölkə statusunu itirib, bu da quş məhsullarının ixracını qadağan edir. Xəstəliyin hər dəfə yayılması halında, İspaniya Kənd Təsərrüfatı Nazirliyi və Avropa İttifaqı qaydaları tərəfindən müəyyən edilmiş protokollara uyğun olaraq, bütün təsərrüfat fəaliyyəti dayandırılır, quşlar, habelə yem və su kimi resurslar isə məhv edilir.

AzPost.az

Post navigation

Previous: Rusiya neftinin qiyməti 36 dollara düşüb
Next: Bakıda “Euronews”un yerli ofisi açıldı

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun...
Read more about Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.