“İsrailə doğru gələn bütün dronları izləyirik” –İsrail ordusunun bəyanatı

İsrail ordusu İrandan İsrailə istiqamətlənən bütün dronları izləyir.

Bu barədə İsrail ordusunun bəyanatında bildirilib.

“Havadan müdafiə kompleksi ölkənin səmasını qorumaq missiyasını yerinə yetirən Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə eyni vaxtda yüksək hazırlıq vəziyyətindədir. İsrail ordusu bütün hədəfləri izləyir”, – deyə qeyd olunub.

İsrail ordusunun müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmadadır və ABŞ ilə sıx koordinasiya qurulub.

Əvvəlki məqalə

“Beşiktaş” baş məşqçisi ilə yollarını ayırdı

Sonrakı məqalə

SEPAH İsrailə hücuma başladığını təsdiqlədi, bəyanat yaydı