İsrail Baş naziri Qüdsdəki partlayışla bağlı təcili iclas cağırdı

İsrailin Baş naziri Yair Lapid bu gün Qüdsdə baş verən və 1 nəfərin ölümü, 20-dən çox insanın yaralanması ilə nəticələnən partlayışdan sonra yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə görüş keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə hökumət başçısının aparatı məlumat yayıb.

Görüş Tel-Əvivdə Müdafiə Nazirliyinin binasında keçiriləcək.

“Baş nazir Yair Lapid müdafiə naziri, daxili təhlükəsizlik naziri, Milli Təhlükəsizlik Şurasının rəhbəri, polisin baş müfəttişi, ümumi təhlükəsizlik rəhbəri və ordunun Baş Qərargah rəisinin müavini ilə əməliyyat görüşü keçirəcək”, – məlumatda bildirilir.

Azpost.info

Əvvəlki məqalə

“Dövlət qulluqçuları siyasi partiya üzvü ola bilməz” –

Sonrakı məqalə

Keçmiş Əbu Bəkr məscidində yenidənqurma başa çatır-