İsrail Beyruta PUA ilə zərbə endirib –HAMAS-ın yüksək rütbəli rəsmisi həlak olub

İsrail pilotsuz uçuş aparatları ilə Livanın paytaxtı Beyrutu vurub.

Bu barədə Livanın NNA agentliyi məlumat yayıb.

Zərbələr Əl-Müşərrəfiyyə bölgəsində Fələstinin HAMAS radikal hərəkatının ofisinə endirilib.

Əraziyə təcili yardım maşınları cəlb olunub.

İsrailin Beyruta zərbələri nəticəsində HAMAS-ın yüksək rütbəli rəsmisi həlak olub.

TASS-ın xəbərinə görə, Saleh əl-Aruri İsrailin dron hücumu nəticəsində həlak olub.

Bildirilib ki, daha üç fəal öldürülüb.

bu, 2006-cı ildən bəri İsrailin Beyruta ilk zərbəsidir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.