İsrail pilotsuz uçuş aparatları ilə Livanın paytaxtı Beyrutu vurub.
Bu barədə Livanın NNA agentliyi məlumat yayıb.
Zərbələr Əl-Müşərrəfiyyə bölgəsində Fələstinin HAMAS radikal hərəkatının ofisinə endirilib.
Əraziyə təcili yardım maşınları cəlb olunub.
İsrailin Beyruta zərbələri nəticəsində HAMAS-ın yüksək rütbəli rəsmisi həlak olub.
TASS-ın xəbərinə görə, Saleh əl-Aruri İsrailin dron hücumu nəticəsində həlak olub.
Bildirilib ki, daha üç fəal öldürülüb.
bu, 2006-cı ildən bəri İsrailin Beyruta ilk zərbəsidir.