“İsrail ABŞ-a “Dəmir qübbə” raketdən müdafiə sistemini Kiyevə ötürməsinə icazə verməyəcək, çünki onun İranın əlinə keçəcəyindən ehtiyatlanır”.
Azpost.info xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “The Wall Street Journal”a bildirib.
“Bu sistem İranın əlinə keçərsə, milyonlarla israilli müdafiəsiz və təhlükə qarşısında qalacaq”, – Netanyahu deyib.
Bununla da o, Qərbin Ukraynaya silah tədarükünə qoşulmaq çağırışlarını bir daha rədd edib.
“Bizim ehtiyat etdiyimiz məqam var. Məncə, Ukraynanın Qərb müttəfiqlərindən heç birinin belə narahatlığı yoxdur”, – İsrail Baş naziri əlavə edib.
Azpost.info