İsrail HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib

Fələstinin Qəzza zolağındakı HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar öldürülüb.

Bu barədə İsrail Ordusu “X” hesabında paylaşım edib.

İsrailin xarici işlər naziri İsrael Katz Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrail əsgərləri tərəfindən öldürüldüyünü təsdiqləyib.

Bu barədə N12 telekanalı məlumat yayıb.

“7 oktyabr 2023-cü il qırğınından məsul olan Sinvar İsrail ordusu əsgərləri tərəfindən öldürülüb”, – nazir qed edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.