Prezident Bayden Almaniyaya yola düşüb

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya yola düşüb.

Oktyabrın 17-si axşam saatlarında eniş edəcək dövlət başçısı növbəti gün görüşlərə başlayacaq. Səfər zamanı o, Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə birlikdə Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcək. Yaxın Şərqdə şiddətlənən münaqişə də sözügedən liderlərin müzakirə mövzularından biri olacaq.

Qeyd edək ki, Baydenin əvvəlcə ötən həftə Almaniyaya 3 günlük səfəri nəzərdə tutulmuşdu. Səfər zamanı “Ramşteyn” bazasında Ukraynaya dəstək verən ölkələrin geniştərkibli görüşü nəzərdə tutulurdu. Lakin ABŞ-da hökm sürən “Milton” qasırğası səbəbindən səfər təxirə salınmışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.