İsrail iki xalq üçün iki dövlət yaratmağa hazırdır –Baş nazir

Təl-Əviv münaqişəyə son qoymaq üçün iki dövlətin – israillilər və fələstinlilərin yaradılmasına hazırdır.

Bunu sentyabrın 22-də BMT Baş Assambleyasında İsrailin baş naziri Yair Lapid deyib.

“Fələstinlilərlə iki dövlət əsasında razılaşma İsrailin təhlükəsizliyi, iqtisadiyyatı və uşaqlarımızın gələcəyi üçün doğru addımdır”,-deyə Yair Lapid bildirib.

Nazir bildirib ki, bu, həm də İsrail xalqının əksəriyyətinin fikridir.

“Bizim yalnız bir şərtimiz var: gələcək Fələstin dövlətinin sülhsevər olması, onun İsrailin rifahını və varlığını təhdid edən başqa bir terror bazasına çevrilməməsi”, – baş nazir bildirib. (APA)

Əvvəlki məqalə

Ceyhun Bayramov ABŞ Prezidenti Co Baydenlə görüşdü –

Sonrakı məqalə

Azərbaycana payız fəsli daxil olub