İsrail İran səfirliyinə və konsulluq binasına zərbələr endirib, ölənlər var

Suriya Müdafiə Nazirliyi İranın Dəməşqdəki konsulluq binasının İsrailin hücumu nəticəsində dağıldığını bildirib. 

İsrailin hava zərbələri nəticəsində ölənlər var.

Bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib

“İsrailin Dəməşqə hücumu nəticəsində 5-7 nəfərin öldüyünü ehtimal edirik”, – deyə o bildirib.

Rəsmi olmayan məlumatlara görə isə hücumda bir neçə iranlı diplomat ölüb.

Dövlət mediası daha əvvəl bildirmişdi ki, bu gün tətil olduğu üçün binada heç bir işçi olmayıb.

Əvvəlki məqalə

SEPAH-ın briqada generalı Suriyada həlak olub

Sonrakı məqalə

“Rusiya casus şəbəkəsi siyasi partiyalara sızaraq ölkəmizi təhdid edir”