Suriya Müdafiə Nazirliyi İranın Dəməşqdəki konsulluq binasının İsrailin hücumu nəticəsində dağıldığını bildirib.
İsrailin hava zərbələri nəticəsində ölənlər var.
Bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib
“İsrailin Dəməşqə hücumu nəticəsində 5-7 nəfərin öldüyünü ehtimal edirik”, – deyə o bildirib.
Rəsmi olmayan məlumatlara görə isə hücumda bir neçə iranlı diplomat ölüb.
Dövlət mediası daha əvvəl bildirmişdi ki, bu gün tətil olduğu üçün binada heç bir işçi olmayıb.