İsrail Kiyevə İran PUA-larını məhv etmək üçün kəşfiyyat məlumatlarını verib

İsrail Ukraynaya bəzi kəşfiyyat məlumatlarını verib. Bu məlumatlar İran PUA-larını məhv etmək üçün faydalı informasiyalardır. 

Azpost.info bildirir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb. Qeyd olunur ki, Ukrayna XİN başçısı Kuleba hava hucumundan müdafiə sistemləri ilə bağlı yardım üçün İsrailə müraciət edib.

Məqalədə hansı informasiyadan söhbət getdiyi açıqlanmır.

Öz növbəsində İsrailin müdafiə naziri Benii Hansem Ukraynalı diplomatın bu təklifini qəbul etməyib. Ona görə ki, İsrail Suriyada reydlərlələ bağlı Moskva ilə əməkdaşlıq edir. Eyni zamanda bildirilir ki, İsrail Ukraynaya əvvəlcədən xəbərdarlıq sistemlərini verəcək. Bu İran dronları ilə mübarizədə kömək edəcək.

 

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

“Rusiyanın orada sülhü zorla zəbt etməsinə imkan verməyəcəyik” –