İsrail mayın 31-dən Rusiyaya səfərləri qadağan edir

İsrailin hakimiyyət orqanları koronovirusun yayılması ilə əlaqədar mayın 31-dən etibarən ölkə vətəndaşlarının səfərləri qadağan olunan ölkələrin siyahısına Rusiya və Argentinanı da əlavə edib.

Bu gün İsrailin səhiyyə naziri məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, qadağa həmin ölkələrdə maksimal yoluxma riski ilə bağlıdır. Səfərlərə yalnız xüsusi hallarda icazə verilə bilər.

Nazirlikdən xatırladıblar ki, “qırmızı sıyahıda” artıq Ukrayna, Efiopiya, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan və Türkiyənin adları var. Bu ölkələrə səyahət icazəsi yalnız səlahiyyətləndirilmiş komissiya tərəfindən verilir. COVID xəstəliyi keçirmiş və peyvəndlənmiş şəxslər də daxil olmaqla, həmin ölkələrdən İsrailə qayıdan bütün sərnişinlər 14 gün ev şəraitində karantin keçməlidir.

Sərəncamın iyunun 13-dək qüvvədə olduğu və müxtəlif ölkələrdə yoluxmanın səviyyəsindən asılı olaraq müddətin artırılacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusun laboratoriyadan yayılmasına dair daha bir iddia irəli sürülüb

Sonrakı məqalə

Baş nazirin müavini Şahin Mustafayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev İrandadır