“İsrail müharibə istəmir, lakin hadisələrin hər hansı mümkün inkişafına hazırlaşır”.
Azpost.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
“Bütün səviyyələrdə iş görmək lazımdır”, – nazir hərbi qulluqçulara müraciətində bildirib.
“Ynet” yazır ki, İsrail müdafiə naziri Beyrutda “Hizbullah” silahlı qüvvələrinin yüksək rütbəli komandirlərindən Fuad Şokra hücumdan və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümündən sonra raketdən müdafiə batareyasına baş çəkib.
Azpost.info