İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 56 fələstinlini, o cümlədən Qəzza zolağında HƏMAS hərəkatının 25 fəalını saxlayıb.
Azpost.info xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.
Hərbçilər qeyd ediblər ki, saxlanılanlar arasında Nablus şəhərindən olan iki məşhur HƏMAS fəalı da var.
Azpost.info