İsrail Qəzzada quru əməliyyatını genişləndirib- HƏMAS-ın 600 hədəfi vurulub

İsrail ordusu Qəzza zolağında quru əməliyyatını yenidən genişləndirib və HƏMAS-ın 600-dən çox hədəfinə zərbələr endirib.

Azpost.info xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, gecə saatlarında silah anbarları, tank əleyhinə silahların olduğu mövqelər, həmçinin HƏMAS-ın sığınacaqları məhv edilib.

Əməliyyat zamanı HƏMAS-ın onlarla üzvü öldürülüb.

“Bina və tunellərdə barrikada quraraq İsrail əsgərlərinə hücum etməyə çalışan onlarla terrorçu məhv edilib. Bundan başqa, son bir neçə gün ərzində 600-dən çox terrorçu hədəfə zərbələr endirib”, – məlumatda deyilir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.