İsrail ordusu İranın atdığı mərmilərin sayını açıqlayıb

İran ümumilikdə 60 tona yaxın partlayıcı maddə daşıyan İsrailə müxtəlif tipli 350 mərmi atıb.

Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari brifinqdə bildirib.

Onun sözlərinə görə, yalnız “bir neçə raket” ölkə ərazisinə çataraq “kiçik ziyan” vurub.

“İranın planı iflasa uğradı”, – o vurğulayıb.

Haqari əlavə edib ki, İsrail ordusu “hələ də yüksək hazırlıq vəziyyətindədir” və “mütəmadi olaraq vəziyyəti qiymətləndirir”.

“Biz həm hücum, həm də müdafiə hərəkətləri üçün əməliyyat planlarını təsdiqləmişik”, – Haqari qeyd edib.

Əvvəlki məqalə

“Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub

Sonrakı məqalə

Futbolçunun ürəyi tutdu, oyun yarımçıq dayandırıldı