İsrail ordusu Qəzzada 300 hərbi obyektə zərbələr endirib

İsrail ordusu genişmiqyaslı quru əməliyyatları zamanı Qəzzada HƏMAS hərəkatının 300 hərbi obyektinə zərbələr endirib.

Azpost.info xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, tank və raket əleyhinə qurğular, həmçinin tunellərdəki hərbi komplekslər 24 saat ərzində məhv edilib.

“300-ə yaxın hədəf, o cümlədən tank əleyhinə raketlər və reaktiv yaylım atəşi sistemləri, həmçinin HƏMAS terror təşkilatına məxsus yeraltı tunellərdə yerləşən hərbi komplekslər vurulub”, – məlumatda deyilir.

Quru əməliyyatları zamanı İsrail hərbçiləri Fələstin radikalları ilə qarşılaşıblar. Ordunun mətbuat xidməti HƏMAS döyüşçülərinin məhv edildiyini və qruplaşmanın hədəflərinə hava zərbələri endirdiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Xaricdə döyüşlərdə iştirak edən şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sonrakı məqalə

“Dağıstanda yaşayan yəhudilər Azərbaycana gələ bilərlər” –