“İsrail ordusunun Qəzzaya qurudan hücum cəhdi uğursuz olub”- HƏMAS

“İsrail ordusunun Qəzzaya hücum cəhdi uğursuz olub”.

Azpost.info xəbər verir ki, bunu HƏMAS hərəkatının üzvü Əli Barakə bildirib.

Onun sözlərinə görə, İsrail hərbçiləri yaralıları və ölənləri helikopterlə təxliyə edib.

“Bu gecə Qəzza zolağına üç tərəfli qurudan hücum cəhdi uğursuzluqla nəticələndi. İsrail ordusu ağır itki verdi”, – Baraka qeyd edib.

İsrail ordusu ötən gecəki reydlər zamanı itkilər barədə məlumat verməyib.

Oktyabrın 27-də İsrail Qəzza zolağında quru əməliyyatlarını genişləndirdiyini açıqlayıb. Daha sonra media anklav ərazisində partlayışlar və artilleriya atəşi, tank mərmiləri və döyüş təyyarələrinin zərbələri barədə məlumat yayıb.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıtdakı silahlı hücumun təfərrüatları –

Sonrakı məqalə

Türk dövlətlərinin mənəvi vəhdət platforması