“İsrail Qəzzaya zərbələri dayandırmasa…”- İran BMT tribunasında ABŞ-ı hədələdi

“İsrail Qəzza zolağına zərbələr endirməyi dayandırmasa, ABŞ atəşlə üzləşəcək”.

Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Baş Assambleyasında Yaxın Şərqdəki vəziyyətlə bağlı çıxışında bildirib.

“Mən indi Fələstindəki soyqırımına rəhbərlik edən ABŞ dövlət xadimlərinə açıq şəkildə deyirəm ki, biz regionda müharibənin genişlənməsini istəmirik, lakin xəbərdarlıq edirik ki, Qəzzada soyqırım davam edərsə, bu yanğından xilas olmayacaqlar”, – XİN rəhbəri deyib.

O, həmçinin Vaşinqtonu sülh və təhlükəsizlik naminə çalışmağa, insanlara qarşı döyüşməməyə çağırıb: “ABŞ Qəzzaya qarşı istifadə olunacaq raketlər, tanklar və bombalar göndərməkdənsə, Qəzzada soyqırımı dəstəkləməyi dayandırmalıdır”.

Azpost.info

Əvvəlki məqalə

Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi qaydası müəyyənləşib

Sonrakı məqalə

Azərbaycanda ana ölümü əmsalı azdır