“İsrail Qəzzada qalmağı planlaşdırmır”- Müdafiə naziri

Qəzza zolağında əməliyyat başa çatdıqdan sonra mülki idarəetmə üzərində nəzarət yerli fələstinlilərə verilməlidir.

Azpost.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

O qeyd edib ki, İsrail bütün tapşırıqları yerinə yetirdikdən sonra Qəzza ərazisində qalmağı planlaşdırmır.

“Hərbi məqsədlərimizə çatdıqdan sonra Qəzza zolağında İsrail mülki mövcudluğu olmayacaq. Qəzza sakinləri fələstinlilərdir, buna görə də İsrailə qarşı düşmənçilik hərəkətləri olmamaq şərti ilə məsuliyyət Fələstin hakimiyyətinin üzərinə düşür”, – nazir deyib.

Qallant bildirib ki, İsrail HƏMAS-ın Qəzzaya nəzarət etməsinə və ya İsrail vətəndaşlarını təhdid etməyə icazə verməyəcək. Ona görə də ölkə bu regionda əməliyyat azadlığını qoruyub saxlayacaq.

Eyni zamanda, İsrailin maliyyə naziri Beçalel Smotriç Qəzza zolağında mülki idarəetmənin fələstinlilərə verilməsinin əleyhinə çıxıb.

Azpost.info

Əvvəlki məqalə

Narkokuryerdən külli miqdarda narkotik və “Kalaşnikov” götürülüb

Sonrakı məqalə

Ronaldo “Maradona” mükafatını alacaq