Ronaldo “Maradona” mükafatını alacaq

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb.

Bu barədə “euro-futbol.ru” portalı məlumat yayıb.

Forvard mükafatı 2023-cü il təqvim ilinin bombardiri kimi alacaq. 38 yaşlı portuqaliyalı 54 qola imza atıb. Ondan sonra hərəyə 52 qol vuran PSJ-nin hücumçusu Kilian Mbappe və “Bavariya”nın hücumçusu Harri Keyn gəlir.

Ronaldo mükafatı yanvarın 19-da Dubayda keçiriləcək “Globe Soccer Awards” mərasimində alacaq. O, beşqat “Qızıl top”un sahibidir(azərtac).

Əvvəlki məqalə

“İsrail Qəzzada qalmağı planlaşdırmır”

Sonrakı məqalə

Şimali Koreya Cənubi Koreyanın adalarına doğru 200 mərmi atıb