İsrail ordusu Qəzzada xəstəxanın bombalanması ilə bağlı Bəyanat yayıb.
Azpost.info bildirir ki, SAXAL bu zərbədə “İslam Cihadı” təşkilatını günahlandırıb: “İsrail ordusunun əməliyyat sistemlərinin təhlili göstərir ki, xəstəxananın bilavasitə yaxınlığından İsrailə raket hücumu həyata keçirilib”.
“Bizim əlimizdə olan bir neçə mənbədən əldə edilən kəşfiyyat məlumatlarına görə, xəstəxanaya ziyan vuran uğursuz atəşə görə “İslami Cihad” təşkilatı məsuliyyət daşıyır”-deyə bəyanatda deyilir.
Bundan əvvəl “Əl-Cəzirə” İsrailin Qəzza zolağında ərəb xəstəxanasına hava zərbəsi endirdiyini və nəticədə azı 500 nəfərin öldüyünü xəbər vermişdi.
Azpost.info