İsrail Qəzzada quru əməliyyatına başladığını bəyan edib.
Azpost.info bildirir ki, bu barədə Ordu rəsmisi açıqlama yayıb.
İsrail ordusu Qəzza zolağının qərbinə hava zərbələri endirir.
Bu barədə AFP məlumat yayıb. Ərazidə bütün telekommunikasiyalar və internet kəsilib.
**
“İsrail Qəzza zolağında quru hərbi əməliyyatının “miqyasını genişləndirir”.
Bunu İsrail Ordusunun sözçüsü Daniel Həqari deyib.
“Qəzzə zolağına hücumların tempini artırdıq. Hərbi-hava qüvvələrimiz yeraltı hədəflərə və terrorçuların infrastrukturuna zərbələr endirir. Qəzza zolağına hücumların davamı olaraq qüvvələrimiz bu saatlarda quru əməliyyatlarının əhatə dairəsini genişləndirir”, – o, axşam brifinqində deyib.