İsrail Qəzzada 500 hərbi obyektə zərbə endirib- HƏMAS-ın 7 qərargahı məhv edilib

Oktyabrın 9-na keçən gecə İsrail Müdafiə Qüvvələri Qəzzada 500-dən çox hərbi obyektə aviasiya zərbələri endirib.

Azpost.info xəbər verir ki, bu barədə İsrail ordusununun mətbuat xidməti məlumat yayıb.

HƏMAS və İslami Cihad hədəflərinə zərbələr döyüş təyyarələri və helikopterlərdən endirilib.

Ümumilikdə HƏMAS-ın yeddi əməliyyat qərargahı və bir İslami Cihad komandanlıq mərkəzi məhv edilib.

Hədəflərdən birinin HƏMAS-ın katibi və təşkilatın qərar qəbuledici qrupunun üzvü Ruhi Maştaanın iqamətgahı olduğu deyilir.

Azpost.info

Əvvəlki məqalə

“İrəvan və Bakı arasında vahid sülh sənədinin imzalanacağı günü görməyəcəyik” –

Sonrakı məqalə

BMT missiyası növbəti dəfə Qarabağa gəlib