İsrail Qəzza zolağına Misir, İordaniya, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən göndərilən humanitar yardımın qarşısını alır.
Azpost.info xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bildirib.
Onun sözlərinə görə, sakinlər su və işıqsız qalıb.
“İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Qətər tərəfindən verilən yardımlar Sinay yarımadasındakı Əl-Ariş şəhərində dayandırılıb. İsrail onları hələ də Qəzza zolağına buraxmayıb. İnsanlar soyuqda qalıb, nə işıq, nə su var”, – səfir deyib.
Azpost.info
