İsrailin hərbi-siyasi kabineti ölkənin “müharibə vəziyyətinə” keçdiyini rəsmən elan edib.
İsrail hakimiyyəti ölkənin “müharibə vəziyyətinə” keçirilməsi qərarını təsdiqləyib ki, bu da böyük hərbi əməliyyatların başlanmasını nəzərdə tutur.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“Hərbi-Siyasi Nazirlər Kabineti dünən axşam müharibə vəziyyətinə keçidi və müvafiq olaraq, böyük hərbi əməliyyatların başlanmasını təsdiqləyib”, – bəyanatda deyilir.