“İsrail Ukraynaya hava hücumu xəbərdarlığı sistemi yaratmağa kömək edəcək”- NETANYAHU

“İsrailli mütəxəssislər ölkəmizin zəngin təcrübəsindən istifadə edərək Ukraynaya yüksək texnologiyalı hava hücumu xəbərdarlığı sistemini yaratmağa kömək edəcəklər”.

Azpost.info xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

“Biz Ukraynaya təkcə humanitar yardım deyil, həm də mülki müdafiə, erkən xəbərdarlıq sistemlərinin yaradılmasında yardım təklif edirik. İsrailin bu sahədə qabaqcıl təcrübəsi var. Bu, bütün ölkəyə və ya bütöv bölgələrə bomba sığınacaqlarında gizlənmək imkanı verir”, – Netanyahu bildirib.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvanda Sosial Xidmətlər Agentliyi yaradılıb

Sonrakı məqalə

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb