ABŞ vətəndaşları Qəzzadan təxliyə olunacaq- İsrail və Misir dəhliz açır

ABŞ Qəzza zolağında ilişib qalmış amerikalıların təxliyəsi ilə bağlı İsrail və Misirlə danışıqlar aparıb.

Azpost.info xəbər verir ki, bu barədə “Agence France-Presse” ABŞ dövlət katibi Entoni Blinkeni bölgəyə səfəri zamanı müşayiət edən yüksək rütbəli amerikalı rəsmiyə istinadən yazır.

Vətəndaşlar “Rəfah” keçid məntəqəsindən çıxarılacaq.

Nəşr yazır ki, iki ABŞ tərəfdaşı Qəzzadan Misirə gedən yeganə keçidi saat 12:00-dan 17:00-a qədər açıq saxlamağa razılaşıblar.

Misir prezidenti Əbdülfəttah əs-Sisi daha əvvəl bildirmişdi ki, Qahirə Fələstin və İsrail tərəfləri arasında vasitəçilik etmək üçün hər cür səy göstərməyə hazırdır. Onun sözlərinə görə, ölkəsi atəşkəsə nail olmaq və Qəzza zolağında fələstinlilərin vəziyyətini yüngülləşdirmək istəyir.

Fəttah əs-Sisi qeyd edib ki, İsrail və Fələstinin ilk növbədə mülki əhalinin müdafiəsini təmin etməsi lazımdır, əks halda bölgədə sülh olmayacaq.

Azpost.info

Əvvəlki məqalə

Bakıda İlham Əliyevin prezidentliyinin 20 illiyi münasibəti ilə konfrans keçirilib

Sonrakı məqalə

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub