İsrail XİN rəhbəri Kiyevə səfər etməyə razılıq verdi

İsrailin xarici işlər naziri Eli Koen ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı zamanı Kiyevə səfər etməyə hazır olduğunu bildirib.

Azpost.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Söhbət zamanı Kuleba Koeni Ukraynaya dəvət edib və israilli nazir dəvəti qəbul edib.

“The Times of Israel” yazır ki, səfər baş tutsa, Koen 2022-ci ilin fevralında hərbi əməliyyatların başlanmasından sonra Ukraynaya səfər edən ilk İsrail hökumət rəsmisi olacaq.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə görüşüb

Sonrakı məqalə

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz bəyanatı yayıb