İsraildə həkimlər ilk dəfə siam əkizlərini ayırdılar –

FOTO
07 Sentyabr 2021 - 08:51

İsraildə baş nayihəsindən birləşmiş vəziyyətdə dünyaya gələn əkiz körpələr uğurlu əməliyyat nəticəsində ayrılıb.

“Reuters”in verdiyi məlumata görə, əkiz qızlar 2020-ci ilin avqustunda doğulub. Bear-Şeva şəhərindəki tibb mərkəzində aparılan əməliyyat 12 saat davam edib.

Qeyd edək ki, indiyədək dünyada 20 belə əməliyyat baş tutub. İsraildə isə ilk dəfə həyata keçirilib.