İsraildə ölənlər arasında Ukrayna vətəndaşları da var

İsraildə baş verən döyüşlər nəticəsində iki Ukrayna vətəndaşı həlak olub.

Bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib.

“İsraildə iki ukraynalı qadının ölümü ilə bağlı məlumatı təsdiqləmişik. Hər iki vətəndaş ölkədə uzun müddət yaşayıb”, – deyə o qeyd edib.

Ukrayna XİN digər məlumatları dəqiqləşdirmək üçün “qaynar xətt” yaradıb.

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumundan sonra həlak olan israillilərin sayı 600-ü ötüb, 2000-dən çox insan isə yaralanıb. Ölkədə “müharibə vəziyyəti” elan edilib və “Dəmir Qılınclar” əməliyyatına başlanılıb.

Əvvəlki məqalə

“Hücumları dayandırın” –

Sonrakı məqalə

“İsraildə olan Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir” –