İsrailin istefa çağırışı və viza qadağasından sonra BMT Baş katibindən ilk- AÇIQLAMA

İsrailin istefa çağırışından və BMT əməkdaşlarına viza verməkdən imtina etməsindən sonra Baş katib Antonio Quterreşdən ilk açıqlama gəlib.

Azpost.info xəbər verir ki, Baş katib X sosial şəbəkəsində barışdırıcı paylaşım edib.

“Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz”, – Quttereş bildirib.

Lakin BMT Baş katibi bir daha qeyd edib ki, silahlı hücumlar Fələstin xalqının kollektiv cəzalandırılmasına bəraət qazandıra bilməz.

HƏMAS-ın İsrailə hücumundan sonra Quterreş Yaxın Şərqə gəlib və Qəzza-Misir sərhədindəki “Rəfah” keçid məntəqəsinə baş çəkib. O, Qahirə Sülh Sammitində də iştirak edib. BMT Baş katibi Qəzzaya humanitar yardımların çatdırılmasına, HƏMAS silahlıları tərəfindən saxlanılan girovların tezliklə azad edilməsinə və atəşkəsə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

“Onlara dərs verməyin vaxtıdır”

Sonrakı məqalə

Prezident Böyükşor-Pirşağı yolunun tikintisinə vəsait ayırdı